Bazar , 29 Mart 2026
Drone Cameras

Gürcüstanda COVID-19 əleyhinə vaksinasiya planı üzrə işlər yekunlaşıb

Gürcüstanda koronavirusa qarşı vaksinasiya ilə bağlı milli fəaliyyət planının hazırlanması üzrə işlər başa çatdırılıb.

Boyukmillet.com xəbər verir ki, sənəd gələn həftə Dövlət Qurumlarıarası Koordinasiya Şurasının iclasında nəzərdən keçiriləcək.

Baş nazir Giorgi Qaxariyanın rəhbərliyi altında keçirilən işgüzar görüşdə plan və ilkin mərhələdə vaksinasiya olunacaq qruplar barədə ətraflı müzakirə aparılıb.

Görüşdə peyvəndin Gürcüstanda tətbiq olunması üçün atılan addımlar barədə də danışılıb. Qeyd olunub ki, vaksinin ölkədə mümkün qədər tez tətbiqi üçün intensiv işlər aparılır.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …