Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Gürcüstanda ermənilər Azərbaycan və Türkiyəyə qarşı təxribatlarından əl çəkmirlər

Gürcüstanın paytaxtı ​​​​​​Tbilisi şəhərində qondarma “erməni soyqırımı”nın 107-cı ildönümünə həsr olunan aksiya keçirilir.

Boyukmillet.com xəbər verir ki, Gürcüstanın erməni icmasının üzvlərinin təşkil etdiyi aksiya Filarmoniya binasının qarşısında başlayıb.

Ermənilər ötən il olduğu kimi bu il də Azərbaycan və Türkiyəyə qarşı təxribata əl atıblar. Belə ki, iştirakçılar Gürcüstan və Ermənistan bayraqları ilə yanaşı vaxtilə Azərbaycanın işğal altında saxlanılan ərazilərində yaradılmış separatçı rejimin “bayraq”larını da tutublar.

Bununla yanaşı, Türkiyənin ən hündür dağı olan Ağrı dağın təsviri olduğu və ingilis dilində “Ararat Ermənistanın ən hündür dağıdır” sözlərinin yazıldığı plakat da qaldırılıb.

Əraziyə polis əməkdaşları cəlb olunub.

Aksiya Türkiyənin Gürcüstandakı səfirliyinin binasına qədər yürüşlə davam etdiriləcək.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …