Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Gürcüstanda Novruz bayramı qeyd olunub, Baş nazir Azərbaycan və Türkiyəni təbrik edib

Gürcüstanın Marneuli rayonunda Novruz bayramı qeyd olunub.

“Report”un yerli bürosu xəbər ki, martın 21-də təşkil olunan bayram şənliyinə Gürcüstanın Baş naziri İrakli Kobaxidze də qatılıb.

Tədbirdə, həmçinin Barışıq və Vətəndaş Bərabərliyi naziri Tea Axvlediani, hökumət üzvləri, Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirləri – Faiq Quliyev, Ali Kaan Orbay, Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Giorgi Doxturaşvili, Marneulinin meri Kənan Ömərov, parlamentin deputatları Savalan Mirzəyev, Zaur Darğallı, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə Baş nazirə Novruz bayramı barədə məlumat verilib, hədiyyələr təqdim olunub. Daha sonra rəsmilər Novruz tonqalını alovlandırıblar.

Baş nazir İrakli Kobaxidze Gürcüstanın azərbaycanlı icmasını Novruz bayramı münasibətilə təbrik edib, Novruzu qeyd edən insanlara cansağlığı, sülh və tərəqqi arzulayıb.

“Əziz etnik azərbaycanlı həmvətənlərimizi, qardaşımız Azərbaycanı, Türkiyəni, bu bayramı qeyd edən hər kəsi təbrik edirəm. Vətəndaşlarımıza əmin-amanlıq, firavanlıq, daha çox bərəkət, xalqımıza daha çox sevinc, sabitlik arzulayıram. Azərbaycanlı həmvətənlərimizə, çox zəhmətkeş, ziyalı insanlara böyük hörmət və məhəbbətimi ifadə etmək istəyirəm. Ölkəmizin bu gün möhkəm birliyə ehtiyacı var və ən yaxşısı odur ki, biz buna nail olmuşuq”, – hökumət başçısı deyib.

Sonra Azərbaycandan gəlmiş müğənnilər, rəqs qrupları, eləcə də yerli musiqiçilər maraqlı konsert proqramı ilə çıxış ediblər.

Qonaqlar Azərbaycan mətbəxinin təamları, eləcə də paxlava və şəkərburanın dadına baxıblar.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …