Bazar , 7 Dekabr 2025
Drone Cameras

Gürcüstanda sabiq yüksək vəzifəlilərin evlərində axtarış aparılıb

Dövlət Təhlükəsizliyi Xidməti əməliyyat çərçivəsində heç kimin saxlanılmadığını bildirir

Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili, Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq rəhbəri Qriqol Liluashvili və keçmiş baş prokuror Otar Partxaladzenin evlərində hüquq-mühafizə orqanları tərəfindən axtarış aparılıb. Prokurorluğun məlumatına görə, əməliyyat zamanı elektron avadanlıqlar, sənədlər və külli miqdarda pul götürülüb.

Gürcüstan Baş Prokurorluğu bildirib ki, müxtəlif cinayət işlərinin istintaqı çərçivəsində dünən, oktyabrın 17-də səhər saat 10:00-dan başlayaraq ölkənin 22 məntəqəsində genişmiqyaslı əməliyyat tədbirləri həyata keçirilib. Prokurorluq rəsmisi Giorgi Qvarakidzenin sözlərinə görə, əməliyyat zamanı İrakli Qaribaşvili, Qriqol Liluashvili və Otar Partxaladzenin evlərində axtarış aparılıb, bir neçə şəxsdən elektron qurğular müsadirə edilib.

Qvarakidze əlavə edib ki, hüquq-mühafizə orqanları həmçinin keçmiş yüksək vəzifəli şəxslərlə əlaqəsi olan digər şəxslərin evlərində də axtarışlar həyata keçirib. Onun sözlərinə görə, istintaq çərçivəsində götürülən materiallar araşdırılır və faktlarla bağlı əməliyyat-axtarış tədbirləri davam edir.

Dövlət Təhlükəsizliyi Xidməti isə açıqlama yayıb ki, adıçəkilən şəxslər saxlanılmayıb və hazırda yalnız onların yaşayış yerlərində axtarış aparılıb. Qurumun məlumatında vurğulanıb ki, sabiq məmurlar bu mərhələdə dindirilməyib, lakin gələcəkdə ifadələrinin alınması planlaşdırılır.

Check Also

BMT ukraynalı uşaqlarla bağlı qətnamə qəbul etdi: Azərbaycan səsvermədə iştirak etmədi

Dekabrın 3-də Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyadan zorla köçürülmüş və ya deportasiya edilmiş bütün ukraynalı …