Bazar , 23 Fevral 2025
Drone Cameras

Gürcüstandan Azərbaycana pirotexniki vasitə və ratsiyanın qanunsuz gətirilməsinin qarşısı alınıb

Gürcüstandan Azərbaycana qanunsuz olaraq xeyli miqdarda pirotexniki vasitə və ratsiyanın gətirilməsinin qarşısı alınıb.

Bu barədə Boyukmillet.com  Dövlət Gömrük Komitəsinə istinadən məlumat verib.

Bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında, Komitənin Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxış zamanı həmin nəqliyyat vasitəsinin yük yerində ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən 32 472 ədəd müxtəlif adda pirotexniki vasitə və 70 ədəd ratsiya aşkar edilib.

Check Also

Qarlı havaya görə 15 nəfər xəsarət alıb, 2-si əməliyyat olunub

Səhiyyə Nazirliyi Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 15 …