Cümə , 18 Oktyabr 2024
Drone Cameras

Gürcüstanlı səyyah: Qarabağ Universitetində elmi dərəcə almaq istəyirəm

Qarabağa səfər edəndə Azərbaycanla fəxr etdik.

Bu barədə “Report”a gürcüstanlı səyyah Ramilia Babakişiyeva məlumat verib.

Onun sözlərinə görə, erməni qoşunlarının Qarabağda törətdiyi dağıntılara baxmaq çətindir.

“Azərbaycanlılar arasında nə qədər itki olduğunu nəzərə alsaq, ilk gün azad edilmiş ərazilərə səfər mənim üçün emosional cəhətdən çətin oldu”, – o qeyd edib.

Xankəndiyə səfərindən danışan R.Babakişiyeva bildirib ki, şəhərdə bərpa işləri fəal şəkildə aparılır və Qarabağ Universiteti onda elmi dərəcə almaq istəyi yaradıb: “Magistraturanı bitirəndən sonra mütləq burada daha bir elmi dərəcə almaq istəyirəm. Bu universitet mənim çox xoşuma gəldi”.

Səyyah vurğulayıb ki, yenidən belə bir imkan yaranarsa, azad edilmiş ərazilərə məmnuniyyətlə gələcək.

Check Also

Bakıda saxlanılan Qarabağ separatçılarının işi ilə bağlı təfərrüatlar açıqlanıb

Azərbaycanın Baş prokuroru Kamran Əliyev Qarabağ separatçıları barəsində başlanmış cinayət işinin təfərrüatlarından danışıb. Boyukmillet.com xəbər …