Şənbə , 14 Mart 2026
Drone Cameras

Həbib Nurməhəmmədovun adı Şöhrət Zalına daxil edilib

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu rusiyalı Həbib Nurməhəmmədov Şöhrət Zalına daxil edilib.

Boyukmillet.com UFC-nin rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı idmançı adı buraya salınan ilk Rusiya təmsilçisi olub.

Şöhrət Zalına idmanın inkişafına həlledici təsir göstərmiş insanlar salınır.

Qeyd edək ki, Həbib Nurməhəmmədov 2020-ci ilin oktyabrında karyerasını bitirib. O, karyerası ərzində 29 döyüşünün hamısını qələbə ilə başa vurub. Bunlardan 13-ü UFC-yə təsadüf edib.

Check Also

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərova qarşı intizam tədbirləri görüb

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovla bağlı daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb. Bu barədə “Report”un …