Dünən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib və həbs olunanların arasında rayon İcra hakimiyyətinin başçısı İsmayıl Vəliyevin də olduğu bildirilir.
boyukmillet.com xəbər verir ki, həbs olunduğu bildirilən İsmayıl Vəliyevin oğlu Məhərrəm Vəliyev Fövqaladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyində rəis müvini vəzifəsində çalışır.
Məlumat üçün bildirək ki, İsmayıl Vəliyev də vaxtı ilə Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Dövlət Gömrük Komitəsində işləyib. İsmayıl Vəliyev Dövlət Gömrük Komitəsində 28 mart 1995-ci il tarixdən 24 may 1995-ci il tarixədək Gömrük Nəzarətinin Təşkili İdarəsinin rəis müavini, 24 may 1995-ci il tarixdən 29 may 1996-cı il tarixədək həmin idarədə rəisin birinci müavini, 29 may 1996-cı il tarixdən 21 may 1998-ci il tarixədək Sumqayıt Gömrükxanasının rəisi,21 may 1998-ci il tarixdən 21 yanvar 1999-cu il tarixədək Gömrük Komitəsi sədrinin müşaviri,21 yanvar 1999-cu il tarixdən 03 yanvar 2001-ci il tarixədək Dövlət Analitik Şöbənin rəisi, 03 yanvar 2001-ci il tarixdən 31 may 2005-ci il tarixədək Gömrük Nəzarətinin Təşkili İdarəsinin rəis müavini vəzifələrində işləyib.