Cümə , 9 May 2025
Drone Cameras

Həbsdə olan qadına narkotik keçirmək istəyən qohumu saxlanılıb

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Penitensiar Xidmətdən məlumat verilib.

Bildirilib ki, Cinayət Məcəlləsinin 234.1-ci (Narkotik) maddəsi ilə təqsirli bilinərək həbs edilən Elazə Şahin qızı Mustafayevaya qohumu, Lənkəran rayon sakini Murad Famil oğlu Həbibov tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan cins şalvarın bel hissəsinə xüsusi üsulla tikilərək gizlədilən 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 0,226 qram narkotik maddə olan heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Check Also

DTX və DSX birgə əməliyyat keçirib, saxlanılan var

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti birgə əməliyyat keçirib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan …