Bazar ertəsi , 30 Sentyabr 2024
Drone Cameras

Həbsdə olan sabiq icra başçısının məhkəməsi Bakıda keçiriləcək

Cəlilabad Rayon İcra Hakimiyyətinin hazırda həbsdə olan sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəməsi Bakıda keçiriləcək.

Boyukmillet.com xəbər verir ki, cinayət işi üzrə məhkəmə iclası Sabunçu Rayon Məhkəməsinin inzibati binasında davam etdiriləcək.

Proses Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Xamməd Nuriyevin sədrlik edəcək.

Xatırladaq ki, yanvarın əvvəlində N.Zeynalovun cinayət işi üzər hazırlıq iclası Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında keçirilmişdi.

Qeyd edək ki, N.Zeynalov 2020-ci ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin Cəlilabad Rayon İcra Hakimiyyətində keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

N.Zeynalov 2 milyon manatı mənimsəmədə ittiham olunur.

Check Also

Bakıda azyaşlı uşağa işgəncə verən atalığı həbs edilib

Bakıda azyaşlı uşağa işgəncə verən şəxs həbs edilib. Boyukmillet.com xəbər verir ki, hadisə Türkan qəsəbəsində …