Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Həmzə Yusif Şotlandiyanın ilk müsəlman lideri olub

Böyük Britaniyanın ən böyük siyasi partiyalarından birinin ilk müsəlman lideri olan Pakistan əsilli Həmzə Yusif Şotlandiyada keçirilən seçkilərdə özünün yaxın müttəfiqi Nikola Sturgeonu geridə qoyaraq, Şotlandiya Milli Partiyasının (SNP) rəhbəri seçilib.

Boyukmillet.com xəbər verir ki, Şotlandiya Milli Partiyasının müsəlman lideri jurnalistlərə müsahibəsində etnik azlığın nümayəndəsi kimi öz təcrübəsindən azsaylı xalqların maraqlarını qorumaq istiqamətində istifadə edəcəyini deyib.

Valideynləri Pakistandan mühacirət etmiş və Qlazqoda böyüyən Həmzə Yusif 2011-ci ildə Şotlandiya parlamentinə ilk dəfə seçilərkən ingilis və urdu dillərində and içib və hökumətin ilk müsəlman üzvü olub. O, tərəfdarları ilə birlikdə SNP-nin Şotlandiyanın müstəqilliyinə dəstək siyasi kursunu davam etdirib. Böyük Britaniya hökumətinin yeni referenduma qarşı çıxmasına və Ali Məhkəmənin uğursuzluğuna baxmayaraq, H.Yusif bazar ertəsi söylədiyi qələbə nitqində müstəqillik əldə edəcəyini vəd edib.

Martın 28-də Şotlandiya parlamenti SNP-nin lideri seçilən Həmzə Yusifi ölkənin birinci naziri postuna təsdiq edəcək.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …