Bazar , 15 Noyabr 2026
Drone Cameras

Hərbi attaşelər Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət ediblər

Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət ediblər.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Qonaqlar əvvəlcə Hərbi İnstitutun ərazisindəki muzeydə ulu öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən foto stendlə tanış olublar.

Daha sonra qonaqlar təhsil müəssisəsinin ərazisi, tədris korpusları və maddi-texniki bazasını ziyarət edib burada hərbiyyəlilər üçün yaradılan şərait ilə tanış olub, keçirilən tədris prosesini izləyiblər.

Xarici ölkələrin hərbi nümayəndələrinə xüsusi təyinatlı təhsil müəssisəsinin tarixi və fəaliyyəti barədə brifinq təqdim olunub. Qonaqlara, həmçinin görüşün bədii hissəsində hərbi orkestrin ifa etdiyi musiqi kompozisiyaları ərmağan edilib.

Sonda qarşılıqlı hədiyyələr mübadiləsi olub və xatirə fotosu çəkdirilib.

Check Also

Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub – Rəsmi

Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşlərə müvəqqəti məhdudiyyət …