Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Hərbi Dəniz Qüvvələrinə məxsus gözətçi gəmi əsaslı təmir edilib

Avqustun 22-dən İranın Ənzəli şəhərində keçiriləcək müsabiqəyə hərbi dənizçilərimizin 66 nəfərlik heyətlə G-122 və G-124 gözətçi gəmilərində qatılması planlaşdırılır.

Boyukmillet.com xəbər verir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak edəcək komandamızın hazırlığını yoxlamaq üçün Hərbi Dəniz Qüvvələrində olarkən əsaslı təmirdən çıxmış G-121 gözətçi gəmisi nazirə təqdim edilib.

Qeyd edilib ki, bu gəmi dənizdə düşmən hədəflərinin məhv edilməsi, neft-qaz boru kəmərlərinin mühafizəsi və enerji infrastrukturunun diversiya qruplarından qorunması tapşırıqlarını müvəffəqiyyətlə icra etmə qabiliyyətinə malikdir.

G-121 gözətçi gəmisinə baxış zamanı görülən işləri yüksək qiymətləndirən nazir HDQ hərbi qulluqçularının peşəkarlıq səviyyəsinin daha da artırılması istiqamətində müvafiq tapşırıqlar verib.

Check Also

Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri təlim-məşq uçuşlarını icra …