Bazar , 19 Yanvar 2025
Drone Cameras

Hərbi Dəniz Qüvvələrinin komandanı təlimlərin məqsədindən danışdı

“Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il döyüş hazırlığı planına əsasən, Azərbaycanın ərazi sularında ölkənin hərbi, siyasi, iqtisadi maraqlarına yönəlmiş təhdidlərin qarşısının alınması, Xəzər dənizinin Azərbaycan sektoruna aid hissəsində enerji infrastrukturlarının müdafiəsi, mühafizəsi, bununla yanaşı sualtı neft-qaz boru xətlərinin monitorinqinin təşkil olunması məqsədi ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin birləşmələri tərəfindən bu gündən etibarən təlimlərə başlanılıb”.

Boyukmillet.com xəbər verir ki, bunu Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, təlimlərdə Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri dəstələri, döyüş təminatı gəmiləri, təminedici gəmilər dəstəsi iştirak edir: “Təlimin əsas məqsədi gəmi taktiki qruplarının müxtəlif şəraitlərdə döyüş hazırlığı fəaliyyətlərinin təşkil olunması, birgə əməliyyat planlarının işlənilməsi, şəxsi heyətin dəniz vərdişlərinin təkmilləşdirilməsi, gəmi taktiki qruplarının və gəmilərin tək-tək döyüş hazırlığının və onların qarşılıqlı fəaliyyətinin yoxlanılması və bir neçə tədbirlərin həyata keçirilməsidir”.

Qeyd edək ki, təlimlər 22-23 iyun tarixlərini əhatə edəcək.

Check Also

Qurumlara hərbi xidmət yaşının endirilməsi ilə bağlı dəyişikliklərin tətbiqi üçün təkliflər hazırlanması tapşırılıb

Azərbaycanda hərbi xidmətə çağırış və müddətli həqiqi hərbi xidmət keçməyə son yaş həddinin endirilməsinin tətbiqi …