Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Hərbi Dəniz Qüvvələrinin taktiki təlimlərində döyüş atışları davam edir

Hərbi Dəniz Qüvvələrinin Döyüş Gəmiləri Dəstəsi, Döyüş Təminatı və Təminedici Gəmilər Dəstəsi və Dəniz Piyadalarının iştirakı ilə keçirilən taktiki təlimlər davam edir.

Boyukmillet.com xəbər verir ki, təlimlərin birinci mərhələsi üzrə növbəti tapşırıq olaraq gəmi və katerlər tərəfindən qumbaraatma çalışmasının yerinə yetirilməsi üzrə tapşırıqlar icra olunub.

Sonra hava hücumuna qarşı istilik və radiolokasiya maneələrinin qoyulması tapşırığı icra olunacaq.

Daha sonra gəmi qrupu tərəfindən şərti düşmənin sualtı qayıqlarına qarşı dərinlik bombaları tətbiq ediləcək.

Qeyd edək ki, təlimlər iyunun 23-dək davam edəcək. Sabah təlimlərin ikinci mərhələsi üzrə tapşırıqlar icra olunacaq.

Check Also

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır. Boyukmillet.com xəbər verir ki, bununla bağlı …