Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Hərbi hissədə bədbəxt hadisə – 2 hərbçimiz həlak oldu, 1 yaralı

İyulun 6-da səhər saatlarında hərbi hissələrdən birində bədbəxt hadisə baş verib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşməsi nəticəsində partlayış olub.

Nəticədə iki hərbi qulluqçu – gizir Ağalarov Amiddin Şahmalı oğlu və kiçik çavuş Salahov Samir Çingiz oğlu həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olanların yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Hadisə nəticəsində gizir Məmmədov Nurlan Rəhim oğlu ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Azərbaycanda su istehlakçıları üçün yeni qiymətlər elan olunacaq. Boyukmillet.com Gununsesi.info-ya istinadən xəbər verir ki, bununla bağlı …