Cümə , 22 Noyabr 2024
Drone Cameras

Həsən Ruhani dünyanın ölkə rəhbərlərinə məktub göndərdi:”Virusa qarşı birgə mübarizə aparmalıyıq”

İran prezidenti Həsən Ruhani  koronavirusla bağlı dünyanın ölkə rəhbərlərinə məktub ünvanlayıb. 

H.Ruhani öz məktubunda bildirib ki, bu epidemiya sərhəd tanımır, qurbanlarının da siyasi, milli, irqi və dini  fərqliliyinə görə  seçmir.

Məktubda qey olunur ki, bu virusla beynəlxalq və regional əməkdaşlıq çərçivəsində eləcə də koordinasiyalı şəkildə mübarizə aparmaq lazım, xalqın ehtiyaclarını  təmini, yoxsul və az gəlirli insanlara maliyyə yardımı göstərməli, tibbi və müalicə xərcləri və s:

“Bu kimi əlavə xərclərə ehtiyac var. Digər tərəfdən bunları icra etmək üçün güclü iqtisadi dayaq və maliyyə vəsaitinə ehtiyac var. İran İslam Respublikası  digər ölkələrdən fərqli olaraq daha çox maneə və ciddi məhdudiyyətlərlə üzləşib. Bu məhdudiyyətlər  son 2 ildə ölkəmizə qarşı tətbiq olunan qanunsuz sanksiyalardan və ABŞ-ın tək qütblü maksimum təzyiq siyasətindən irəli gəlir.  ABŞ son illər ərzində İrana qarşı 100 dən çox sanksiya tətbiq edib. 1200 dən çox İran rəsmisini öz sanksiya siyahısına salıb. Bu sanksiyalar 2 ildən az bir müddətdə İran iqtisadiyyatına birbaşa 200 milyard dollar ziyan vurub. Bütün əcnəbi şirkətlər bu sanksiyaları icra edir. ABŞ bu geniş yayılmış böhranın pik həddində belə utanmazcasına digər ölkələrdən İrana humanitar yardım göndərməməyi tələb edir”.

Bundan əlavə, Prezident bildirir ki, İran koronavirusla mübarizədə atdığı addımlarla bağlı ÜST -ə məlumat verib:

“Bu böyük və təhlükəli koronavirus böhranının idarə edilməsi təklikdə heç bir ölkənin  gücündə deyildir. Hələ beynəlxalq bazarlara və maliyyə sistemlərinə əli çatmayan  öz ehtiyaclarının təminində problemlərlə üzləşən bir ölkə üçün heç də asan deyil.”

İran prezidenti koronavirusla mübarizə və onu məğlub etməyin yolunu ümumdünya öhdəlik adlandırıb və ölkə rəhbərlərindən istəyib ki, elə bir mexanizm və çıxış yolu düşünsünlər ki  BMT-nin 2231 qətnaməsinə əsasən bütün ölkələr  öz öhdəliklərini yerinə yetirsin və ABŞ-ın qanunsuz sanksiyaları təsirsiz olsun və ABŞ-ın iqtisadi terroru dayandırılsın.

H.Ruhani bildirib ki, artıq vaxtı çatıb ki dünya ABŞ-ın bu kimi quldurluğu qarşısında dayansın və icazə verməsin və zülmkar sanksiyaları İran xalqının koronavirusla mübarizəsinə təsir göstərsin.

 O bildirib ki, ABŞ-ın İrana qarşı qanunsuz sanksiyaları və digər ölkələrin buna əməl etməsi BMT qətnamələrinə zidd olmaqla yanaşı həmdə  qeyri-etik və insanlığa sığmayan bir addımdır. /APA

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …