Bazar , 11 Yanvar 2026
Drone Cameras

“Haber Global”ın yutub kanalı Avropada izlənməsinə görə birinci yerdədir

Qurulduğu ilk gündən Türkiyə və dünyaya doğru xəbəri ən sürətli şəkildə çatdıran “Haber Global”ın yutub kanalı Avropada izlənməsinə görə birinci yerdədir.

Boyukmillet.com xəbər verir ki, bu barədə yutubun rəsmi ölçü partnyorları “Social Blade” və “VidIQ” statistika açıqlayıb.

Məlumata görə, “Haber Global” yutubda 2 milyon abunəçiyə çatan ilk xəbər kanalı olub və son bir ildə bu kanalda 1 milyard 125 milyon baxış qeydə alınıb.

Məlumata əsasən, 2-ci yerdə Böyük Britaniyanın “Sky News”, 3-cü yerdə BBC, 4-cü yerdə isə Almaniyanın “DW News” kanalı qərarlaşır.

“Haber Global”ın sosial media müdiri Əli Ağırbaş Avropanın yutubda türkcə ən çox izlənilən kanalı olan “Haber Global”la bağlı bunları deyib: “Hazırda yutubda böyük bir rəqabət var. Türkiyə və Avropada ən çox izlənilən kanal olmaq bizim nə qədər keyfiyyətli iş ortaya qoyduğumuzu göstərir. Bu keyfiyyəti redaktorluq istedadı olan sosial media komandamız və xəbər mərkəzindəki redaktor dostlarımız təmin edir”.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …