Şənbə , 29 İyun 2024
Drone Cameras

“Hacı Şahinə hörmətim olsa da, İslam dini meyxana dini deyil” – Seyyid İsa Ələkbər

Məşədi Dadaş məscidinin imamı, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlinin haqqında deyilən meyxanaya qulaq asdığını əks etdirən videonun sosial şəbəkələrdə paylaşılması insanlar arasında birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı Sozcu.az saytına münasibət bildirən gənc ruhani Seyyid İsa Əkbər Hacı Şahinlə təqlid məsələsində ixtilafının olduğunu desə də, Hacı Şahinə hörmətinin olduğunu deyib:

“Mən ibadət əhli olan vətəndaş kimi bildirirəm ki, İslam dini meyxana dini deyil. Hacı Şahin hörmət etdiyim ruhanilərdəndir, onu dəstəkləyirəm. Sağolsun, hər il məhərrəmlikdə məsçidin divarlarına bir çoxlarından fərqli olaraq şəhidlərimizin şəkillərini vurub şəhidliyi təbliğ edir. Kərbala ziyarətində şəhidlərimizin şəkillərini İmam Hüseynin hərəmi qarşısında asaraq, şəhidlərimiz barədə xütbə etmişdir. Bu baxımnan Hacı Şahinə hörmətim sonsuzdur. Ancaq təqlid barədə onunla razılaşmadığım məsələlər var. Onun təqlid etdiyi Xamneini qəbul etmirəm. O ki, qaldə hacının meyxana məclisində iştirakına, İslam dini meyxana dini deyil. Hətta müçtehidlər risalələrində musiqinin bəyənmədiklərini bildiriblər. 
Allah hamımızı hidayət etsin”

Xatırladaq ki, Hacı Şahinin iştirak etdiyi meyxana səsləndirilən məclis barədə video sosial şəbəkələrdə yayılmaqla bərabər, “Eqreb tv” adlı youtube kanalında yayımlanıb.

(Sozcu.az)

Check Also

AZ/TV: FRANSIZ KÜPÜNƏ SİTAYİŞ

Qarabağdan hazırladığı reportajda maraqlı fakt təqdim edir. “Həftə” proqramında verilmiş bu videomaterialdan məlum olur ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir