Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

“Hacı Şahin iranpərəstlər tərəfindən bütləşdirilir”

“Biz Hacı Şahini cəhalətə qarşı çıxdığına görə təqdir edirdik. Amma ölümündən sonra o, cəhalətin katalizatoruna çevrilib. Biz onu Azərbaycan İslamını İranın təsirindən çıxarmaq istiqamətindəki fəaliyyətinə görə alqışlayırdıq. Amma o, iranpərəstlər tərəfindən bütləşdirilir”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri tanınmış jurnalist Vüsal Məmmədov bildirib.

Jurnalist daha sonra qeyd edib: “Sual yaranır: Bu halda Hacı Şahinin Azərbaycan üçün oynadığı rol nədən ibarət olub?! Düşünürəm ki, Hacı Şahinin sağlığındakı işıqlı obrazını bu zülmət ordusundan müdafiə etmək lazımdır”.

Qeyd edək ki, hacı Şahin Həsənlinin ölümündən sonra İrana bağlı olan radikal qruplar tərəfindən onun məzarına “ziyarətlər” təşkil olunmağa cəhd edilib. Ancaq mərhum hacı Şahin Həsənlinin tərəfdarları buna imkan verməyib.  

Check Also

“Ramiz Mehdiyev işi” çərçivəsində iki sabiq nazirin əmlakı müsadirə oluna bilər – ŞOK ADLAR

2025-ci ilin oktyabr ayında Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 193-1.3.2-ci (cinayət …