Çərşənbə axşamı , 31 Mart 2026
Drone Cameras

Hacıqabulda yol qəzasında 3-ü bir ailənin üzvü olmaqla 4 nəfər xəsarət alıb

Hacıqabulda yol qəzasında 3-ü bir ailənin üzvü olmaqla 4 nəfər xəsarət alıb.

Boyukmillet.com xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobili idarəetmədən çıxaraq yoldakı maneə çırpılıb.

Qəza nəticəsində Sumqayıt şəhər sakinləri – 1994-cü il təvəllüdlü Həşimov Mirağa Yaşar oğlu, 1971-ci il təvəllüdlü Həşimova Reyhan Əliağa qızı, 1997-ci il təvəllüdlü Həşimova Raya Yaşar qızı və Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü İsgəndərova Şəfiqə Nəsib qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Həbsdə olan jurnalistin evini su basıb

Bakıya yağan yağışlar nəticəsində “Meydan TV işi” üzrə hazırda həbsdə olan jurnalist Fatimə Mövlamlının Binəqədi …