Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Hadi Rəcəbli sosial şəbəkələrdəki hesablarını BAĞLADI

V çağırış Milli Məclisin deputatı Hadi Rəcəbli “Facebook” və “İnstagram” sosial şəbəkələrindəki hesablarını bağlayıb.

H.Rəcəbli bir müddətlik kənara çəkilib, mətbuatla da ünsiyyəti kəsib.

Qeyd: Mərkəzi Seçki Komissiyası fevralın 13-də 74 saylı Lənkəran kənd seçki dairəsinin (lider namizəd Hadi Rəcəbli), 33 saylı Xətai birinci seçki dairəsinin (lider namizəd Hüseynbala Mirələmov), 80 saylı İmişli-Beyləqan seçki dairəsinin (lider namizəd Çingiz Qənizadə), 35 saylı Xətai üçüncü seçki dairəsinin (lider namizəd Rauf Arifoğlu) nəticələrini ləğv edib.

Həmin seçki dairələri üzrə bu ilin sonunda təkrar seçkilərin keçirilməsi gözlənilir.

Xatırlatma: 1947-ci il təvəllüdlü H.Rəcəbli ilk dəfə 1985-ci ildə 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 1990-cı ildə onu səlahiyyət müddəti bitib. 1995-ci ildə keçirilən seçkilərdə namizədliyini irəli sürüb, deputat seçilib, o, bir neçə seçkidə qalib olub, indiyədək səlahiyyətlidir.(Pravda.az)

Check Also

Kredit, intiharlar, “ölü pulu”, “nisyə həyat”: DSX hərbiçilərinin düşdüyü vəziyyət

Dövlət Sərhəd Xidmətində (DSX) xidmət edən hərbi qulluqçu Meydan TV-yə göndərdiyi məlumatda hərbi hissələrdə sistemli …