Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Hakan Fidan: “F-16″ların Türkiyəyə tədarükü ilə bağlı proses başlayıb

“F-16” qırıcı təyyarələrinin Türkiyəyə tədarükü ilə bağlı proses başlayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-da səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtonda türkiyəli jurnalistlərlə görüşündə deyib.

O bildirib ki, ABŞ hakimiyyəti bu məsələ ilə bağlı iradə ortaya qoyub: “Konqres bu məsələ ilə bağlı məlumatlandırılıb. Texniki məsələlərin həllindən sonra müdafiə nazirləri və aidiyyəti qurumlar gələcək məsələlərin müzakirəsini davam etdirəcək”.

H.Fidan, həmçinin söyləyib ki, F-35 qırıcıları ilə də bağlı proses davam edir.

Türkiyəli nazir ABŞ-la münasibətlərdə müsbət dinamikanın olduğunu da diqqətə çatdırıb: “Türkiyə-ABŞ münasibətləri problemləri həll etməyə imkan verir”.

O, həmçinin qeyd edib ki, ikitərəfli ticarət dövriyyəsinin 30 milyard dollardan 100 milyard dollara qaldırılması ilə bağlı perspektiv var: “Qarşıya çıxan fürsətləri qiymətləndirməliyik. Bu, diplomatik həmlələr, cəhdlər tələb edir”.

Check Also

Gürcüstanda qrantlarla bağlı qanun sərtləşdirilir, həbs cəzası ağırlaşdırılır

Gürcüstan parlamenti “Qrantlar haqqında” qanuna dəyişiklikləri birinci oxunuşda (82 lehinə, 10 əleyhinə – Qeyd) qəbul …