Şənbə , 14 Mart 2026
Drone Cameras

Havay adalarında qasırğa səbəbindən fövqəladə vəziyyət elan edilib

Havay adalarında “Kiko” qasırğasının yaxınlaşması ilə əlaqədar fövqəladə vəziyyət tətbiq edilib.

Boyukmillet.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru vəzifəsinin müvəqqəti icraçısı Silviya Lyuk elan edib.

Proqnozlara əsasən, adalardan təxminən 1200 mil cənub-şərqdə yerləşən güclü qasırğa artıq gələn həftənin əvvəlində tropik fırtına şəklində arxipelaqa çata bilər. Sentyabrın 8-dən etibarən güclü yağışlar, fırtınalı küləklər və yüksək dalğalar gözlənilir.

Fövqəladə vəziyyət rejimi sentyabrın 19-dək qüvvədə olacaq.

Check Also

İran səfirindən Türkiyəyə atılan raketlə bağlı AÇIQLAMA

Türkiyədə vurulan raketləri üçüncü tərəf atıb. Boyukmillet.com  xəbər verir ki, bunu İranın Ankaradakı səfiri Məhəmməd …