KAZIM MİR-HEYDƏR OĞLU İSMAYILOV !!
Səbinə İsmayılova:–” Babamla fəxr edirəm.”
1905 -ci ildə İsmayıllı rayonunun Basqal kəndində anadan olmuşdur. 1926-36 cı illərdə Komsomol Təşkilatı katibi, Naxçıvan MR Komsomol Komitəsinin birinci katibi olmuşdur. Sonra Göyçay RPK -nin ikinci katibi, Ağdaş RPK-nin birinci katibi, Naxçıvan Vilayət PK- nin birinci katibi olmuşdur.
İkinci Dünya Müharibəsində ilk günlərdə qatılmış 402-ci, 77-ci, 378-ci, 59-cu atıcı dviziyalarda siyasi şöbənin rəisi olmuş, alman- faşist işğalçılarına qarşı bilavasitə iştirak etmişdir.
1945-ci ildən sonra K.H. İsmayılov yenidən partiya işlərinə davam etmiş– Ağdaş, Salyan RPK -də birinci katib, Azərbaycan KP MK- nin şöbə müdiri, KP Bakı şəhər komitəsinin şöbə müdiri olmuşdur.
Azərbaycan KP MK üzvü, SSRİ və AZƏRBAYCAN SSR Ali Sovetinin deputatı seçilmişdir.
Pensiyada olduğu vaxtlarda Bakının Kirov rayon veteran Şurasının sədri kimi, gənclər arasında vətənpərvərlik ruhunun artırılmasında xüsusi xidməti olmuşdur.
Kazım Mir-Heydər oğlu İsmayılov Lenin ordeni,
l və ll -ci dərəcəli Vətən Müharibəsi ordenlərinə və SSRİ-nın bir sıra medallarına layiq görülmüşdür.
Qeyd edək ki, Müstəqil Azərbaycanın ilk Dövlət Katibi, akademik Tofik Kazım oğlu İsmayılov Şəhidlik zirvəsinə ucalan vətən oğludur.
“OT KÖKÜ ÜSTƏ BİTƏR”- demiş atalarımız.
PS:– Bu gün K.H. İsmayılovun nəvəsi Səbinə Tofik qızı İsmayılova babasının adına olan medalı qəbul etmək üçün RVT- na dəvət olunmuşdur.
Sədr Fatma xanım Səttarova BVM -dəki qələbənin 75 illiyinə Rusiyada təsis olunmuş ” ПОБЕДА- 75 ЛЕТ” medalı təntənəli surətdə Səbinə İsmayılovaya təqdim etmişdir.
Möhtəşəm tədbirdə RVT-nın sədr müavini,polkovnik Cəlil Xəlilov da iştirak edib.
Belə babalarla fəxr edir, qürur duyuruq.
Allah rəhmət eləsin, məkanı cənnət olsun.
Yasəmən Möhübbətqızı.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Beynəlxalq Sülh Səfiri,
İSBAM sədrinin müşaviri.