Cümə , 26 Aprel 2024
Drone Cameras

Şuşadakı türk məktəbinin binası bu cür olacaq – FOTOLAR

“Şuşada tikəcəyimiz məktəbin əsas girişi Osmanlı və Səlcuqlu motivli çinilərlə bəzədiləcək”.
Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalının müşaviri, memar Ziya Günaydın deyib.“Şuşada quşa bənzəyən, xarıbülbül adlı çiçək var… O, bayraq tək önəmli güldür. Bu çiçəyin surətini məktəbimizin fasadına quraşdıracağıq… Qapının hündürlüyü 4 metr, eni 3 metr olacaq. Osmanlı və səlcuqlulardakı kimi böyük qapılar millətin böyüklüyünü və gələcəyini ehtiva edir”, – Z.Günaydın bildirib.MHP sədrinin müşavirinin sözlərinə görə, binanın pəncərələrində Safranbolu, Divriği kimi türk xalq arxitekturasındakı elementlərdən istifadə ediləcək: “Məktəbin damında 30 tona yaxın bürünc istifadə ediləcək, eyni zamanda Türkiyə və Azərbaycan bayraqları yan-yana ucaldılacaq. Siniflər, müəllimlər otaqları, atelyelər kimi bir çox sahələr funksional olacaq və arxitektura ilə vəhdət yaradacaq şəkildə layihələndiriləcək”.Qeyd edək ki, Ziya Günaydın məktəb binasının təməlqoyma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həmçinin MHP sədri Dövlət Bağçalının iştirakının planlaşdırıldığını açıqlayıb.

Şuşadakı türk məktəbinin binası bu cür olacaq - FOTOLAR

Check Also

Samir Adıgözəlli hücuma məruz qalıb

İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli İstanbulda hücuma məruz qalıb.  Boyukmillet.com …