Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Hesabat: “Ötən ay Azərbaycanda iki uşaq, üç hərbçi minalardan və partlamamış hərbi sursatlardan zərər çəkib”

2022-ci ilin aprel ayında 9 hadisə nəticəsində 10 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkib.

Bu barədə Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.

Nəticədə bir mülki şəxs piyadalar əleyhinə minanın partlamasından həlak olub. İkisi uşaq olmaqla altı mülki şəxs və üç hərbçi isə piyadalar əleyhinə mina və partlamamış hərbi sursatların partlamasından yaralanıb:

“2022-ci ilin aprel ayında minalar və partlamamış hərbi sursatlarla bağlı hadisələr Tərtər, Zəngilan, Ağdam, Qubadlı, Kəlbəcər, Qazax, Laçın rayonlarının və Gəncə şəhərinin ərazisində baş verib.

Ümumilikdə 2022-ci ilin ilk dörd ayında 18 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb ki, bunlardan da 2 nəfəri həlak olub”.

Check Also

Bakı, Gəncə və Sumqayıtda BÖYÜK ƏMƏLİYYAT: 7 nəfər həbs edildi – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Daxili İşlər …