Özəl səhm investisiyalarının xüsusiyyətləri (likvidlik, uzun müddətli saxlanılma) səhmlərdən fərqli olduğuna görə Dövlət Neft Fondunun (ARDNF) ümumi səhmlər portfelindən özəl səhmlər alt portfelinin öz müvafiq bençmarkı qeyd olunmaqla ayrılaraq fərqli alt portfeldə verilməsi məsələsinə baxılmalıdır.
Boyukmillet.com xəbər verir ki, bu barədə Hesablama Palatasının ARDNF-in 2023-cü il büdcəsinin icrasına verdiyi Rəydə bildirilir.
Bundan başqa, Palata hesab edir ki, Fondun səhmlər alt portfelinə daxil olan özəl səhm investisiyalarının xüsusiyyətləri, habelə bu maliyyə aktivinin qeyri-likvid xarekteri səbəbində altportfelin qurulması ilə bağlı vaxt və Fondun bu yatırımlarla bağlı hədəflərini özündə tam olaraq əks etdirən ən məqbul bençmarkın seçilməsi istiqamətində görülən işlər də nəzərə alınaraq yekun müəyyən olunan bençmarkın təsdiqlənməsi və bunun müvafiq qaydada öz əksini tapması zəruridir.