Cümə axşamı , 26 Sentyabr 2024
Drone Cameras

Heydər Əliyevin xatirəsi Qars şəhərində ehtiramla yad olundu

 

 

 

Azərbaycanın Qars şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü  ilə bağlı Türkiyənin Qars şəhərində anma tədbiri təşkil olunub.
Heydər Əliyev adına Anadolu texniki-peşə liseyində təşkil olunan tədbirdə Qars vilayətinin valisi Türker Öksüz, Qars bələdiyyəsinin sədri Murtaza Karaçanta, Qars Qarnizon komandanı general-mayor Özgür Nohut, Qars daxili işlər idarəsinin rəisi Ümit Bitirik, Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu, Qars Təhsil idarəsinin rəisi Gökhan Altuğ və digər rəsmi şəxslər, QHT və KİV təmsilçiləri, o cümlədən Türkiyənin şərq bölgəsini təmsil edən görkəmli ziyalılar iştirak ediblər.
Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
 
 
Ümummilli lider Heydər Əliyevin zəngin mənalı həyat və fəaliyyətini əks etdirən sənədli filmin nümayişindən sonra Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev, Qars vilayətinin valisi Türker Öksüz və Qars Təhsil idarəsinin rəisi Gökhan Altuğun çıxışları dinlənilib.
Azərbaycan xalqının böyük oğlu, dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin təxminən yarım əsri əhatə edən zəngin siyasi fəaliyyəti barədə fikir və mülahizələrini bölüşən çıxışçılar vurğulayıblar ki, qurub-yaratmaq, xalqa və Vətənə xidmət etmək Ulu Öndərimizin həyat amalı olub. Diqqətə çatdırılıb ki, Azərbaycanın dövlət müstəqilliyinin qorunaması və əzəmətli inkişaf yoluna başlaması Heydər Əliyevin tarixi xidmətlərinin bəhrəsidir. Xalqımızın xilaskar oğlu Azərbaycan-Türkiyə qardaşlığının inkişafı üçün möhkəm bünövrə yaradıb.
 
Rəsmi hissədən sonra Heydər Əliyev və Gənclər mövzusundakı şeir yarışmasında yer tutan şagirdlərə Baş Konsulluq və Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi adından xatirə lövhələri təqdim olunub
Mərasim sonunda iştirakçılar və Heydər Əliyev adına Anadolu texniki-peşə liseyinin şagirdləri üçün ehsan süfrəsi təşkil olunub. 

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir