Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Hikmət Hacıyev: “Ermənistanın ballistik raketi məhv edilib, xeyli insanın həyatı xilas olunub”

“Ermənistan tərəfindən növbəti dəfə qəsdən planlaşdırılan və məqsədyönlü insan fəlakətinin qarşısı alındı”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında yazıb.

“Ermənistanın atışa hazır olan ballistik raketi Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunun sərhəd zonasında start mövqeyində məhv edilib. Xeyli dinc sakinin həyatı xilas olunub”, – deyə Azərbaycan Prezidentinin köməkçisi əlavə edib.

Check Also

Deputat Səyyad Aranın nəvəsinin lüks avtomobili – Chevrolet Camaro – Nömrəsi daha bahadır – FOTO

Milli Məclisin deputatı Səyyad Aranın 25 yaşlı nəvəsinin idarə etdiyi lüks avtomobil sosial şəbəkələrdə geniş …