Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Hikmət Hacıyev: “Peyvəndləmə yaxın vaxtlarda başlaya bilər”

“Azərbaycan mediası koronavirusla mübarizədə və Qarabağ cəbhəsində ön cəbhədə olub. Bunun üçün media mənsublarına öz təşəkkürümü bildirirəm”.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, peyvəndləmə yaxın vaxtlarda başlaya bilər: “Biz karantin qaydalarına əməl etməklə və birgə səylərimizlə koronavirus cəbhəsində də qələbə çalacağıq”.

Check Also

FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına …