Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Hikmət Hacıyev Türkiyəyə səfərə gedib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyəyə səfərə gedib.

Boyukmillet.com xəbər verir ki, o, İstanbul şəhərində keçirilən 21-ci Beynəlxalq Strateji Kommunikasiya Forumunda iştirak edir.

H.Hacıyev tədbirdə “Qarabağ: bir zəfərin kommunikasiyası” mövzusunda çıxış edəcək.

Bu gün İstanbulda başlayan forumda dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət nümayəndələri, şirkət təmsilçiləri, mütəxəssislər iştirak edirlər.

Toplantıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın videomüraciəti səsləndiriləcək.

Forum iki gün davam edəcək.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …