Bazar , 22 Dekabr 2024
Drone Cameras

Hikmət Babaoğlu: “Azərbaycanda siyasi məhbus yoxdur”

“Azərbaycanda siyasi məhbus yoxdur, cinayət əməllərinə siyasi don geyindirib məsuliyyətdən yayınmağa çalışan insanlar var”. Bunu SİA-ya “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Millət vəkilinin sözlərinə görə, bunların mütləq əksəriyyəti radikal düşüncə və radikal əməl sahibi olan anarxist meyilli qruplaşmaların üzvləridirlər və özlərini müxalifət adalandırırlar: “Bir hissəsi isə anti-azərbaycançı mərkəzlərdən xüsusi sifariş alan və ölkəmizdə sabitliyi pozmaq istəyən qüvvələrdir. Azərbaycanda bu zərərli mövqeyi mənimsəmiş marginallara radikal müxalifət deyirlər. Radikalizm isə konstruktiv siyasi sistemdə arzuedilməyən, hətta qəbul edilməyən mövqedir. Belə qruplaşmalar törətdikləri cinayətin məsuliyyətindən yayınmaq üçün siyasi məhbus terminindən istifadə edirlər. Ancaq nə beynəlxalq hüquqda, nə də ki bizim milli qanunvericilikdə nə belə termin, nə onun krtiteriyaları, nə də xüsusi termin kimi semantik-hüquqi məzmunu var. Ona görə də bu siyasi spekuliyasiyadan başqa bir şey deyil. Azərbaycanda radikal müxalifət heç bir məna daşımayan və heç bir hüquqi reallığı əks etdirməyən bu söz birləşməsindən sadəcə siyasi çətir kimi istifadə etməyə çalışır”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir