Cümə , 13 Dekabr 2024
Drone Cameras

TOHGMİB yeni bir layihəyə start verdi

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 9-cu qrant müsabiqəsi çərçivəsində Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi yeni bir layihəyə start verdi.

Gənclər çağırış yaşına çatana qədər düzgün mənəvi tərbiyə olunmaqla yanaşı, həmçinin sağlam olmaları üçün fiziki hazırlıqlarına diqqət yetirilməlidir. Nəzərə alsaq ki, biz hal-hazırda müharibə şəraitdə yaşayırıq, Silahlı Qüvvələrimizin fiziki cəhətdən sağlam, mənəvi-psixoloji durumu yüksək olan hərbi qulluqçulara daima ehtiyacı vardır. Bu səbəbdən də ordu sıralarına gələn gənclərin tibbi cəhətdən sağlam, mənəvi-psixoloji və fiziki cəhətdən möhkəm, o cümlədən hərbi xidmətin çətinliklərinə dözümlü olmaları vacibdir. Bütün bunlar nəzərə alınaraq “Gənc çağırışçıların sağlamlığının qorunması ilə bağlı maarifləndirmə işlərinin aparılması” adlı layihə çərçivəsində əsas məqsəd gənclərə hərbi xidmət keçməzdən əvvəl düzgün tibbi müayinə olunmanın və onlarda xəstəliklərin vaxtında aşkarlanaraq xidmət müddəti başa çatana qədər aradan qaldırılmasının nə dərəcədə əhəmiyyətli olmasını çatdırmaqdır. Gənclərin bədənlərinin müxtəlif yerlərinə vurulan döymələrin həm sağlamlıq, həm də gələcəkdə hərbi xidmətkeçmə zamanı yarada biləcəyi fəsadlar gənclər və onların valideynləri ilə keçirilən görüşlərdə xüsusi olaraq vurğulanacaqdır.

 

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir