Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Azərbaycanlı deputat dünya çempionu oldu

Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev İtaliyada keçirilən kikboksinq üzrə dünya çempionatında iştirakı və nəticəsi barədə danışıb.

Ölkə.Az-ın verdiyi xəbərə görə, Adil Əliyev bildirib ki, bu yarışa nəticədən daha çox prinsipiallıq mövqeyini qoruyub saxlamaq üçün qatılıb:

“Sadəcə mübarizliyi, çəkini saxlamaq üçün bu yarış vacib idi”, – deyə deputat bildirib.

Millət vəkili yarışın təşkilatçılığından narazılıq edib və özünün rinqə çıxmasından danışıb:

“Yarışın təşkilatçılıq səviyyəsi bizim əməkdaşlıq etdiyimiz VAKO versiyasından çox aşağı idi. Bizi yarışa təşkilatçılar dəvət etmişdi. Biz də qatıldıq. Əslində məşqlərə başlamışdım. İlk yarış bu olduğu üçün yarışa qatılmaq qərarına gəldim. Orada bir rəqibim oldu. Rumuniyalı rəqibimə qalib gələrək dünya çempionu oldum. Bundan sonrakı yarışlara hazırlaşacam”.

Adil Əliyev sonda bildirdi ki, bu yarışın yox, VAKO versiyasının Bakıda dünya və yaxud Avropa çempionatı şəklində keçirilməsi üçün müvafiq təşkilatlara müraciət edib.

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir