Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Hindistanda daşqınlar 71 insanın həyatına son qoyub, 4,2 milyon nəfər ziyan çəkib

Hindistanın Assam ştatında baş verən daşqınlar 71 sakinin ölümünə səbəb olub.

Bu barədə Boyukmilet.com Hindistanın Fəlakətlərlə Mübarizə İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, təbii fəlakət zamanı həmçinin 4 228 100 insan zərər çəkib.

Daşqınların səbəbi leysan yağışlar olub, buna görə də Brahmaputra çayı və onun qolları məcrasından çıxıb. Ən çox insan itkisi, dağıntılar Assam və Meqalaya ştatlarında qeydə alınıb.

Meteoroloqlar Hindistanın şimal-şərq hissəsində musson leysanlarının azı daha 48 saat davam edəcəyini proqnozlaşdırırlar.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …