Bazar , 28 Aprel 2024
Drone Cameras

NATO-nun baş katibi: “Rusiya sülh və təhlükəsizliyə təhdiddir”

Rusiya artıq NATO-nun tərəfdaşı deyil, sülh və təhlükəsizliyə təhdiddir.

Boyukmillet.com xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“Biz Alyansın Madriddə keçiriləcək sammitində bəyan edəcəyik ki, Rusiya artıq tərəfdaş deyil, təhlükəsizliyimizə, eləcə də sülh və sabitliyə təhdiddir”, – o, NATO-nun yeni strategiyasının konsepsiyası ilə bağlı sualı cavablandırarkən vurğulayıb.

Baş katibin sözlərinə görə, yeni strateji konsepsiyada möhkəmlənməsi ittifaqın təhlükəsizliyinə, maraqlarına və dəyərlərinə problem yaradan Çindən də bəhs ediləcək.

Eyni zamanda o, NATO-nun blokun komandanlığı altında 40 min əsgər göndərərək öz müdafiəsini gücləndirdiyini vurğulayıb. Stoltenberqin sözlərinə görə, bu, Moskva üçün aydın siqnal olmalıdır.

NATO-nun sammiti iyunun 29-30-da keçiriləcək.

Check Also

Gürcüstan parlamentinin sədri “Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Xarici agentlər” haqqında qanuna görə “Gürcüstana qarşı siyasəti dəyişdirməklə” hədələyən …