Bazar ertəsi , 14 Aprel 2025
Drone Cameras

Hindistanda qatarlar toqquşdu: 50 ölü, 400 yaralı

Hindistanda sərnişin qatarının relsdən çıxması nəticəsində 50 nəfər ölüb, 179 nəfər xəsarət alıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

Qəzanın yerli vaxtla saat 19:20-də Balasor şəhəri yaxınlığında baş verdiyi bildirilib.

Sərnişin qatarı Kəlküttədən Çennaya gedirmiş. İlkin məlumata görə, qatarın 4 vaqonu relsdən çıxıb.

Hadisə yerinə xilasedicilər cəlb edilib.

***

Məlumata görə, sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində 8 vaqon relsdən çıxıb.

Yaralıların sayının 400 nəfərə yaxınlaşdığı bildirilib.

Check Also

Misir və İsrail arasında Qəzza ilə bağlı yeni təkliflər mübadiləsi aparılıb

HƏMAS hərəkatı və İsrail arasında danışıqlarda ABŞ və Qətərlə yanaşı vasitəçi kimi çıxış edən Misir …