Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Səfirliyimizdə ağlasığmaz əməl: 347 mini qumara xərcləyib

Azərbaycanın Koreyadakı səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş Nəcib Osmanov səfirlik və səfirliyin işçilərinin kommunal, sığorta ödənişləri üçün ayrılan 347 min dollar vəsaiti mənimsəyərək, mərc və qumar oyunlarına yönəltməkdə ittiham olunur.

Boyukmillet.com xəbər verir ki, bu sözləri jurnalist Həbib Müntəzir öz Feysbuk səhifəsində yazıb.

“Barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Azadlıqdadır, amma məhkəmə prosesi davam edir. Bu gün prokuror 8 il azadlıqdan məhrum edilməsini, məhkəmə zalında həbs olunmasını istəyib. Nəcib Osmanov pulları qumarda uduzduğunu bildirib”, – H.Müntəzir qeyd edib.

Qeyd edək ki, vəsait 2021-ci ilin mayından 2022-ci ilin fevralına qədər olan kommunal xərclərə aiddir.

İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baxılır.

İş üzrə Xarici İşlər Nazirliyinə dəymiş ziyanın 77 min dolları ödənilib.

Check Also

“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi – 610 min manatlıq fırıldaq

“Toyota Bakı Mərkəzi”nin sürücüsü 1986-cı il təvəllüdlü Vüsal Kərimov (soyadlar şərtidir) həbs olunub. O, tanışı …