Bazar , 19 Yanvar 2025
Drone Cameras

Hökumət saytının adının dəyişdirilməsinin səbəbi məlum oldu

Azərbaycan Nazirlər Kabineti (NK) qurumun rəsmi saytının adının dəyişdirilməsinə aydınlıq gətirib.

Boyukmillet.com xəbər verir: NK-nın Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov açıqlamasında deyib ki, saytın adının dəyişdirilməsi təkmilləşdirmə işləri ilə əlaqədardır:

“Hazırda Nazirlər Kabinetinin saytı yeni və əvvəlki adla paralel olaraq fəaliyyət göstərir”. 

Qeyd edək ki, Nazirlər Kabinetinin rəsmi internet resursunun adı dəyişdirilib. Bununla da qurum nk.gov.az domeni ilə fəaliyyətə başlayıb. Bundan əlavə Nazirlər Kabinetinin əvvəlki rəsmi saytı olan cabmin.gov.az domeni də fəaliyyət göstərir.

Check Also

Siyasi şərhçi: “Düşünmürəm ki, Rusiya təyyarəni bilərəkdən vurub”

Təhlükəsizlik eksperti: “Konkret planlı işdir, görünür, təyyarənin izini itirməyə çalışıblar” AZAL-ın Bakı-Qroznı aviareysi üzrə hərəkət …