Cümə , 20 Mart 2026
Drone Cameras

Hollandiyada azərbaycanlılar arasında dava düşüb, Surət Hüseynovun keçmiş cangüdəni bıçaqlanıb – VİDEO

Niderland Krallığında azərbaycanlılar arasında dava düşüb. 

“Report”un məlumatına görə, hadisə krallığın Vestervoort şəhərində keçirilən toy mərasimində baş verib.

Hadisə zamanı Polad Məmmədov adlı azərbaycanlı 5 bıçaq zərbəsi alıb. O, helikopter vasitəsi ilə qospitala çatdırılıb. Ürək nahiyəsindən bıçaqlanmış yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Baş verən hadisə ilə bağlı bir nəfər saxlanılıb.

Qeyd edək ki, P.Məmmədov Azərbaycanın keçmiş baş naziri Surət Hüseynovun cangüdəni olub.

Check Also

İran Fars körfəzi ölkələrinin neft obyektlərinin yerləşdiyi ərazilərdən təxliyəyə çağırıb

İran hakimiyyəti Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-də neft obyektlərinin yerləşdiyi ərazilərin sakinlərini bu obyektlərə gözlənilən …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir