Cümə , 26 Aprel 2024
Drone Cameras

Azərbaycanlı gəncin videosu dünya üzrə ilk 10-luqda yer alıb – VİDEO

Azərbaycanlı gənc Kamran Səfərəlizadə UNESCO klubları 2017 Dünya üzrə Gənclərin Multimedia Yarışmasında (UNESCO Clubs 2017 Worldwide Youth Multimedia Contest) hazırladığı videoanimasiya ilə ilk 10-luğa daxil olub.

“Report”un məlumatına görə, müsabiqə Amerikada UNESCO Sülh Mərkəzi (UNESCO Center for Peace) və UNESCO Klubları, Mərkəzləri və Asossiyasiyalarının Birləşmiş Ştatlar Federasiyası (U.S. Federation of UNESCO Clubs, Centers and Associations) tərəfindən keçirilib.  

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqında Multimediya Menecer vəzifəsində çalışan Kamran Səfərəlizadə eyni zamanda Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin 4-cü kurs tələbəsidir. Kamran beynəlxalq yarışmalarda ilk dəfə olaraq Azərbaycanı “hərəkətli qrafik dizayn” (motion graphic design) ilə təmsil edib. 76 ölkə və 600-dən çox iştirakçının arasından finala yüksələrək ilk 10-luğa daxil olan gənc yarışmanın mövzusuna uyğun olaraq öz videosunda, qaçqınların probleminin qlobal problemə çevrilməsini və həlli yollarını “hərəkətli qrafik dizayn” (motion graphic design) vasitəsilə göstərməyə çalışıb. Bundan əlavə, videoanimasiyada Azərbaycanın qaçqın və məcburi köçkün problemləri də öz əksini tapıb, 1947-ci ildən başlayan Ermənistan ərazisindən azərbaycanlıların deportasiyası prosesləri də qabarıq şəkildə göstərilib.

Kamran Səfərəlizadə bildirib ki, dünya üzrə 700-ə yaxın iştirakçı arasından ilk 10-luğa düşmək çox sevindirici haldır: “Amma bundan da önəmlisi Azərbaycanın daxili probleminin beynəlxalq dərəcədə qəbul edilib, tanınmasıdır. Bu yarışmanın elanını gördükdə mövzunun birbaşa olaraq Azərbaycana da aid olması məndə bu yarışmaya qatılmaq üçün böyük bir motivasiya yaratdı. Bu videoanimasiya özündə bir çox informasiyanı daşıyır. Dünya üzrə qaçqınların problemi, tarixi və müasir aspektdən baxış bu videoda öz əksini tapır. UNESCO-dan mənə göndərilən rəsmi məktubda qeyd edilirdi ki, bu videoanimasiya dünyanın hər yerində nümayiş olunacaq. Belə çıxır ki, ölkəmizin bu problemi ilə dünyanın bir çox yerlərində yaşayan insanlar da tanış olacaqlar. Azərbaycanın adının okeanın o tayında – Amerikada və dünyanın bir çox ölkələsində səslənməsi məndə böyük bir qürur hissi yaradır. Mənim üçün ən gözəl mükafat da məhz dünyanın bir çox ölkəsində Azərbaycan adının səslənməsində mənim də payımın olmasıdır. Bu, təkcə mənim deyil, bütün Azərbaycanın uğurudur”.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir