Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Hulusi Akar: “Azərbaycanla bundan sonra da “iki dövlət, bir millət” anlayışı ilə birlikdə olmağa davam edəcəyik”

“Tarixi prosesdəki fəlakətləri, çətinlikləri azərbaycanlı qardaşlarımızla birlikdə yaşadığımız kimi, bundan sonra da “iki dövlət, bir millət” anlayışı ilə kədərdə, sevincdə bir yerdə olmağa davam edəcəyik”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Sarıqamış əməliyyatında həlak olanların anım mərasimində deyib.

“Sarıqamış şəhidlərinin xatirəsini yad etdiyimiz bu gündə Qafqaz Cəbhəsində əsir düşən əsgərlərimizə kömək əlini uzadan azərbaycanlı qardaşlarımıza minnətdarlığımızı bildiririk. Nargin adasında əsir düşərgəsində son dərəcə əlverişsiz şəraitdə həyat mübarizəsi aparan əsgərlər Azərbaycan türklərinin köməyi sayəsində sağ qala bildilər”, – Akar qeyd edib.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …