Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Hulusi Akar NATO müdafiə nazirlərini Cənubi Qafqazdakı vəziyyətlə bağlı məlumatlandırıb

“Azərbaycan, Liviya kimi dost və qardaş ölkələrdə dostlarımızın, qardaşlarımızın haqlı mübarizələrini əlimizdən gəldiyi qədər dəstəkləməyə çalışırıq”.

Boyukmillet.com  “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar NATO müdafiə nazirlərinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

“Regionumuz gərgin dövrdən keçir. Belə bir vaxtda NATO müdafiə nazirlərinin iki günlük iclası baş tutdu. Toplantıda başda Ukrayna məsələsi olmaqla Alyansın gündəmində olan regional və qlobal məsələlər müzakirə olundu”, – nazir vurğulayıb.

H.Akar bildirib ki, NATO müdafiə nazirlərinin iclasında Cənubi Qafqazda baş verən proseslərdən danışıb və son vəziyyəti toplantı iştirakçılarının diqqətinə çatdırıb.

O, iclasda həmçinin İŞİD, əl-Qaidə, FETÖ, PKK/YPG kimi terror təşkilatlarına qarşı mübarizədən də danışıb. Nazir deyib ki, Türkiyə bu sahədə müttəfiqlərdən daha çox əməkdaşlıq təşəbbüsləri gözləyir.

Check Also

İran Silahlı Qüvvələri Türkiyəyə raket atılmadığını bildirib

İran Silahlı Qüvvələri Türkiyə ərazisinə doğru heç bir raket atmadıqları barədə açıqlama yayıb. Boyukmillet.com “Haber Global”a …