Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Hulusi Akar: “Qış qartalı” əməliyyatında xeyli terrorçu zərərsizləşdirilib”

“Qış qartalı” əməliyyatında xeyli terrorçu zərərsizləşdirildi. Hazırda vəziyyəti yaxından izləyirik”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkə Silahlı Qüvvələrinin İraqın şimalı və Suriyada keçirdiyi “Qış qartalı” əməliyyatından danışarkən deyib.

“Qarşıdakı saatlarda, günlərdə əməliyyatın nəticələri ilə bağlı məlumatları kəşfiyyat kanallarından və digər mənbələrdən alacağıq”, – o bildirib.

H.Akar həmçinin terrorla mübarizənin uğurla davam etdiyini vurğulayıb: “Axtarılanların arasında çoxlu terrorçu var. Millətimizi 40 ildir ki, ölkəmizin bəlasına çevrilən terrordan xilas edəcəyik. Bu mövzuda əzmliyik, qərarlıyıq”.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …