Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Husilər İsraildə hava limanına, dəniz limanlarına və elektrik stansiyasına zərbələr endirib

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilər İsrailin paytaxtı Təl-Əvivdəki Ben Qurion hava limanına, Aşdod və Eylatdakı iki dəniz limanına, həmçinin Aşkelondakı elektrik stansiyasına raket və pilotsuz uçuş aparatlarından istifadə etməklə bir sıra zərbələr endiriblər.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə üsyançıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Saria bildirib.

Onun sözlərinə görə, hücum İsrail aviasiyasının Yəmənin Hudeydə, Ras İsa və Əs-Salif limanlarına, eləcə də husilərin nəzarətində olan ərazidə yerləşən Ras əl-Xətib elektrik stansiyasına kütləvi zərbələr endirməsinə cavab olaraq həyata keçirilib.

Saria üsyançı qüvvələrin İsrailə doğru 11 raket və PUA buraxdığını söyləyib. O cümlədən Təl-Əviv hava limanı, Eylatdakı dəniz limanı və Aşkelondakı elektrik stansiyası hipersəs ballistik raketlərlə hücuma məruz qalıb.

Check Also

Rusiya “dəmir kozırını” Ermənistana vermədi 

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın dəmir yollarının idarə olunması üçün güzəştini üçüncü tərəfə satmaq …