Bazar , 11 Yanvar 2026
Drone Cameras

“İcazə.e-gov.az” portalında icazəsi ləğv olunan şəxslər nə etməlidir? – İZAH

“icazə.e-gov.az” portalı vasitəsi ilə 453 min 781 işçi sayına icazə alınıb. Bəzi şəxslər isə iyul 5-nə qədər icazələri olsa da, bu dəfə icazə ala bilməyiblər, onların müraciəti qəbul edilməyib.

Boyukmillet.comun məlumatına görə, növbəti həftə ərzində işə çıxacaq əməkdaşlar barədə məlumatlar işəgötürənlər tərəfindən əvvəlcədən portala daxil olunub.

İcazə sistemindən sui-istifadə hallarının qarşısının alınması məqsədilə bir sıra vətəndaşların icazəsi ləğv olunub. Bunlar icazə verilən sahələrə aid olmayan fiziki şəxslər, habelə işçi heyətinin məhdud şəkildə işə çıxarılmasına olan tələbləri pozan şəxslərdir.

İqtisadiyyat Nazirliyindən Trend-ə bildirilib ki, icazələrin tənzimlənməsi ilə bağlı yaranan xüsusi hallar üzrə hüquqi və fiziki şəxslər İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.

İqtisadiyyat Nazirliyinə müraciət üçün elektron müraciət formasından və ya “195-2” çağrı mərkəzindən istifadə edə bilərsiz.

Check Also

Bakıda daha bir bina SÖKÜLÜR: 1340 AZN kompensasiya

Bakıda daha bir ünvanda yaşayış binası söküləcək. Söhbət paytaxtın Binəqədi rayonunda yerləşən, 2-ci Mədən korpusu …