Çərşənbə axşamı , 23 Aprel 2024
Drone Cameras

“İçimizdəki ağrılardan ibarət vətən səsimizi batırmaq istədilər, nə yaxşı ki…”

“İçimizdəki ağrılardan ibarət vətən səsimizi batırmaq istəilər, nə yaxşı ki…”

“Azərbaycan Müharibə veteranları İctimai Birliyi” tərəfindən vətənpərvərlik mövzulu tədbir keçirilmişdir.

Tədbirin əsas mövzusu Azərbaycanın mənəvi varlıqları olan qazilər və şəhidlərimizə hörmət etməyənləri, daxili düşmənləri etdikləri pis əməldən çəkindirməkdən ibarət olub.

İctimai birliyin sədri Fizuli Rzaquliyev, Qarabağ qazisi, Çeçenistan Milli Qəhrəmanı və 20 yanvar faciəsi əlili Arif Mhərrəmov, dünya və Avropa çempionu Araz Musayev, “Dövlət və Qanun” qəzetinin baş redaktoru Yasəmən Məhəbbətqızı, “Qərbi Azərbaycan Press” qəzetinin təsisçi və baş redaktoru Mürvət Yusifov, “Respublika Şəhid Ailələrinə Qayğı” ictimai birliyinin sədri Müşfiq Əliyev, “TAL MMC” Mühafizə Xidmətinin təsisçi və direktoru, hüquqşünas Hafiz Novruzov və digərləri tədbirdə iştirak edib.

İştirakçılar müharibə veteranlarına, qazilərə, şəhidlərə xüsusilə Milli Qəhrəman Mübariz İbrahimov və qazi Arif Məhərrəmova hörmətsizlik edən və onları incidənləri Azərbaycanın şanlı tarixinə baxmağa və ədalətli olmağa səsləyiblər.

Arif Məhərrəmov 1-ci Qarabağ müharibəsi başlayan zaman könüllü cəbhəyə yollanmış, Xocalıda, Ağdamda döyüşlərdə iştirak etmişdir. Çeçenistanda göstərdiyi igidliyə görə, paytaxt Qroznının ilk fəxri vətəndaşı adına layiq görülüb. İllərlə səhhətindəki problemlərdən əziyyət çəkən qazinin başında müharibənin acı xatirəsindən iki qəlpə qaldığı aşkar olunub.

Check Also

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər. Əmlak …