Cümə axşamı , 31 Oktyabr 2024
Drone Cameras

İcra başçısı ilə prokuror əlbəyaxaya çıxdı: Məhv edilən Zeytun bağına görə

Bakının 6-cı mikrorayon ərazisində yerləşən zeytun bağının bir hissəsinin məhv etdirilərək, yerində tikinti işləri aparılıb.

Beləki, gələn xəbərlərdə, Heydər məscidininin yaxınlığında zeytun bağının bir hissəsi məhv edilərək, yerində tikinti işlərinə başlanılması prosesinin arxasında birbaşa olaraq Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov dayandığı deyilir. Məhz icra başçısının birbaşa tapşırığı ilə polisin müşaiyyəti altında əraziyə ağır texnika yeridilərək zeytun bağının bir hissəsində agaclar qırılaraq, yerində tikinti işlərinə başladılıb.

Redaksiyamıza daxil olan məlumata görə, məlumatın ictimailəşməsindən sonra müvafiq qurumlardan zeytun bağının bir hissəsinin məhv edilməsinə görə sərt reaksiyalar gəlib. Daxil olan məlumatlarda oda deyilir ki, aidiyyəti qurumlar zeytun bağında tikinti işlərinin dərhal dayandırılması ilə bağlı tapşırıqlar veriblər. Məlumatda iddia edilir ki, Binəqədi rayon prokuroru Nazim İmanov əraziyə tabeliyində olan işçilərini göndərərək, tikintinin dayandırılmasına çalışıb.

Amma prokurorun bu istəyi icra başçısı Xaləddin İsgəndərovun müdaxiləsindən sonra nəticəsiz qalıb. Belə ki, Xaləddin İsgəndərovun tikintini dayandırmaq istəyən prokurorla sərt şəkildə mübahisə etdiyi də bizə çatan məlumatlar sırasındadır…

Qeyd edək ki, hazırda da zeytun bağının məhv edilən hissəsində tikinti işləri davam etdirilməkdədir. Zeytun bağında tikinti işləri aparılması ilə bağlı araşdırmalarımız davam edir. 

Yazıda adları çəkilən şəxslərin mövqeyini də işıqlandırmağa hazırıq. ( Tendensiya.com )

Boyukmillet.com

İcra başçısı ilə prokuror əlbəyaxaya çıxdı: Məhv edilən Zeytun bağına görə

 

İcra başçısı ilə prokuror əlbəyaxaya çıxdı: Məhv edilən Zeytun bağına görə

 

İcra başçısı ilə prokuror əlbəyaxaya çıxdı: Məhv edilən Zeytun bağına görə

Check Also

Səfirimizin 3 milyonluq korrupsiya əməli – Bakıya təhlükə

Azərbaycan Respublikasının İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir