Cümə , 6 Mart 2026
Drone Cameras

Azərbaycan bayrağını endirən ermənipərəst professor işdən qovuldu – Türkiyədə

Türkiyənin Uludağ Universitetinin ilhahiyyatçı professoru Salih Pay Azərbaycan bayrağına yönəlik sayğısızlığının hesabını ağır ödədi.

Boyukmillet.com-ın əldə etdiyi məlumata görə interpress.az-a istinadən Uludağ Universitetinin müəllim-tələbə heyəti, o cümlədən, Türkiyə və Azərbaycan ictimaiyytinin kəskin reaksiyasını nəzərə alan rəhbərlik təfriqəçi professoru işdən azad edib.

Məlumata görə, hazırda Salih Payın fəaliyyəti ilə bağlı araşdırma aparılır. 

Xatırladaq ki, bir neçə gün əvvəl Salih Payın göstərişi ilə Uludağ Universitetindəki Azərbaycan bayrağı endirilib. Buna səbəb isə Ermənistan bayrağının universitetdə quraşdırılmış bayraqlar sırasından çıxarılması olub. 

Professor bu addımını universitetdəki Ermənistan bayrağının azərbaycanlı tələbələr tərəfindən çıxarıldığını düşünrəkə, atdığını deyib. Pay hətta şərt irəli sürərək, Azərbaycan bayrağının yalnıız Ermənistan bayrağı öz yerinə qaytarıldıqdan sonra yenidən asılacağını bildirib.

Payın bu hərəkəti sözügedən universitetdı ciddi əks-səda doğurub və tələbələrin kəskin etirazına yol açıb. Eyni zamanda, Türkiyə və Azərbaycan ictimaiyyəti də professorun bu rəzil hərəkətini sərt narazılıqla qarşılamışdı. 

Göründüyü kimi, universitet rəhbərliyi məsələnin həssaslığını nəzərə alaraq, Azərbaycan bayrağına hörmətsizlik edən professorun dərsini verib.

Azərbaycan bayrağını endirən ermənipərəst professor işdən qovuldu - Türkiyədə

Check Also

Fidan Türkiyə səmasında zərərsizləşdirilən raketlə bağlı İrana rəsmi Ankaranın reaksiyasını çatdırıb

Türkiyənin xarici işlər naziri Hakan Fidanın iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı olub. Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir